haberL haberR

İvanişvili: Abxaziya və Cənubi Osetiya Gürcüstanın tərkibinə sülh yolu ilə qayıdacaq

Kateqoriya: Region Yayımlama tarixi: 10.06.2016 13:26:33

Gürcüstanın sabiq baş naziri Bidzina İvanişvili: Abxaziya və Cənubi Osetiya Gürcüstanın tərkibinə sülh yolu ilə qayıdacağnı bildirib

İslamazeri.az-ın gürcü mediasına istinadən verdiyi məlumata əsasən, Gürcüstanın keçmiş baş naziri, milyarder Bidzina İvanişvili inanır ki, eks-prezident Mixail Saakaşvilinin səhv hərəkətkləri nəticəsində itirilmiş Abxaziya və Cənubi Osetiya, beynəlxalq ictimaiyyətin köməyi ilə yalnız sülh yolu ilə Gürcüstanın tərkibinə geri qayıdacaq.

İvanişvili jurnalistlərə bildirib ki, torpaqların itirilməsi “Milli hərəkatın” və onun lideri Mixail Saakaşvilinin düşünülməmiş və anlaşılmaz hərəkətlərinin nəticəsidir.

“Sırf sülh yolu ilə, provokasiytalara məhəl qoymadan biz maksimum şəkildə beynəlxalq ictimaiyyəti məlumatlandırmalıyıq və onlarla birgə keçmiş hakimiyyətin səhvlərini bərpa etməyə çalışmalıyıq. Bİz mütlət bizim osetin və abxaz qardaşlarımızı geri qaytara və əraziləri birləşdirə biləcəyik.”,  – deyə o əlavə edib.

Xatırladaq ki, 2008-ci il, avqustun 26-da Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb. Abxaziyanın müstəqlliyini həmçinin Venesuela, Nikaraqua, Tuvalu, Vanuatu və Nauru da tanıyıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.