haberL haberR

IX və XI sinif şagirlərinin nəzərinə

Kateqoriya: Elm-təhsil Yayımlama tarixi: 22.05.2015 12:43:08

6 iyun tarixində keçiriləcək buraxılış imtahanında iştirak edəcək Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Mingəçevir, Sumqayıt və Abşeron şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin şagirdləri (IX və XI siniflər) “İmtahana buraxılış vərəqəsi” ni çap edə bilərlər

Bu barədə islamazeri.az-a TQDK-nın mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, buraxılış vərəqəsini çap etmək üçün https://eservices.tqdk.gov.az/brxvbi/?frm=egov linkindən istifadə etmək lazımdır.

Bu linkdən istifadə etməklə şagirdlər özlərinin imtahana buraxılış vərəqilərini, təhsil müəssisələri isə həmin təhsil müəssisəsində təhsil alan bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Şagirdlər öz kodlarını bilmirsə, məktəbdən də əldə edə bilərlər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.