haberL haberR

İzmirdə çevrilişdə şübhəli bilinən 200 polis tutuldu

Kateqoriya: Dünya Yayımlama tarixi: 29.07.2016 15:34:07

Əməliyyat 250 ünvan üzrə keçirilib

İslamazeri.az-ın "Milliyet"-ə istinadən verdiyi xəbərə əsasən, daha əvvəl Türkiyədə çevrilişə cəhdin araşdırılması çərçivəsində işdən kənarlaşdırılmış polis əməkdaşlarına  nisbətdə İzmirdə keçirilmiş əməliyyat zamanı təxminən 200 nəfər tutulub.

Əməliyyat 250 ünvan üzrə keçirilib, əməliyyat keçirilmiş ünvanlarda axtarışlar da aparılıb. Saxlanılanlar Fətullah Gülənin təşkilatı ilə əlaqəli olmaqda şübhəli bilinirlər.

Bundan əlavə, məlumata əsasən, Gülənin ehtimal edilən tərəfdarlarının saxlanılması üzrə əməliyyat Antalyada yerləşən Akdeniz Universitetində də keçirilib. Orada da həmçinin axtarışlar aparılıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.