haberL haberR
"Səbəbini izah etməyiblər".

"Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı polisə çağırılıb.

O, bu barədə Meydan TV-yə belə deyib:

"Bu gün saat 15:00 üçün Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə çağrılmışam. Səbəbini izah etməyiblər. Dedilər ki, gəl, söhbətimiz var. Mən də məişət işlərimlə bağlı ancaq saat 4-də gedə biləcəyəm".

Əvəz Zeynallı 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, 2015-cil dekabrın 29-da dövlət başçısı İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.