haberL haberR

Kəndir 47 yaşlı kişinin də canını aldı

Kateqoriya: Kriminal Yayımlama tarixi: 25.10.2014 10:47:37

Bu gecə Bakının Sabunçu rayonunda 47 yaşlı kişinin asılmış meyiti tapılıb

İslamazeri.az xəbər verir ki, Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə Zabrat qəsəbəsi, Tramvat küçəsi 14 ünvanında baş verib.


Dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırmalar zamanı məlum olub ki, meyiti tapılan şəxs həmin küçədə yaşayan 1967-ci il təvəllüdlü Səlim Qədir oğlu Əkbərovdur.


Meyitə baxış zamanı onun intihar etdiyi müəyyən edilib.

İntiharın səbəbləri bilinmir.


Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.