Kərbəlada Tasua və Aşura günlərində ziyarətçilərin təhlükəsizliyi...
İraq hökuməti İmam Hüseynin (ə) şəhadəti ildönümü Tasua və Aşura günlərində ziyarətçilərin təhlükəsizliyini qorumaq üçün müqəddəs Kərbəla şəhərinə on minlərlə təhlükəsizlik qüvvələri yerləşdirib.

İslamazeri.az saytının məlumatına görə, Aşura günü Kərbəla əyalətinin təhlükəsizliyi 25 min nəfərlik hərbi və könüllü qüvvə tərəfindən təmin ediləcəyi vurğulanıb.
İraq Cənub Bölgələri Əməliyyat Komandiri Osman əl-Qanimi məsələ ilə bağlı verdiyi açıqlamada, Kərbəlanın təhlükəsizliyinin təmin edilməsində xalq könüllü qüvvələrinin də köməkçi olacağını, müxtəlif bölgələrdə nəzarət nöqtələri yaradıldığını söyləyib. "Məqsəd hər hansı bir terror hadisəsinin qabaqcadan müəyyən edərək təsirsiz hala gətirməkdir" deyə Osman əl- Qanimi bildirib.
Kərbəla əyaləti polis rəisi Məhəmməd Cəfər isə regionda baş verən son terror hadisələri ilə bağlı 6 nəfərin indiyə qədər saxlandığını açıqlayıb.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.