haberL haberR

Kabil hava limanı yaxınlğında terror aktı baş verib (Video)

Kateqoriya: Region Yayımlama tarixi: 28.12.2015 12:19:40

Terrorçu kamikadze özünü Kabil hava limanı yaxınlığıda partladıb

İslamazeri.az-ın Əfqanıstan mətbuatına istinadən verdiyi xəbərə görə, Əfqanıstanın paytaxtı Kabil şəhərinin hava limanı yaxınlığında terrorçu kamikadze idarə etdiyi avtomobildə özünü partladıb. Digər məlumatda isə bildirilir ki, bu gün səhər saatlarında Kabil hava limanı yaxınlığında yol kənarında quraşdırılan partlayıcı qurğunun işə salınması nıticəsində bir nəfər ölüb, 13 nəfər isə yaralanıb. Terror aktı Pakistan ordusunun başçısı Rahil Şərifin avtomobil karvanı keçdiyi zaman baş tutmalı imiş. Pakistan ordusu rəhbəri partlayışdan bir müddət öncə Əfqanıstana "Taliban" terror təşkilatı ilə sülh danışıqları aparmaq üçün gəlib.

Qeyd edək ki, terror aktını artıq "Taliban" terror təşkilatı öz üzərinə götürüb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.