haberL haberR

Kabulda universitetə hücum zamanı ölənlərin sayı 16-a çatıb

Kateqoriya: Dünya Yayımlama tarixi: 25.08.2016 16:20:40

Xəsarət alanların çoxsunu universitetdə təhsil alan tələbələr və dərs keçən müəllimlər təşkil edir.

İslamazeri.az-ın "Pajvak" agentliyinə istinadən verdiyi xəbərə əsasən, yerli polisdən bildiriblər ki, Əfqanıstanın paytaxtı Kabul şəhərində yerləşən Amerikan Universitetinə hücum zamanı ölənlərin sayə 16-a çatıb, 55 nəfər isə xəsarət alıb.

Agentlik qeyd edir ki, xəsarət alanların çoxsunu universitetdə təhsil alan tələbələr və dərs keçən müəllimlər təşkil edir.

Xatırladaq ki, ötən gün Əfqanıstanın paytaxtımda yerləşən təhsil müəssisəsinə, ehtimala əsasən, bir qrup silahlı şəxs hücum edib, lakin polis bunun  bir terrorçu tərəfindən edilmə variantını da istisna etməyib. Hücumdan 10 saat sonra polis əməliyyatı sona çatıb: iki nəfər hücum edən şəxs məhv edilərək zərərsizləşdirilib. Hələ ki, heç bir terror qruplaşması hadisənin məsuliyyətini öz üzərinə götürməyib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.