haberL haberR

Kamçatkada 7 bal gücündə zəlzələ olub

Kateqoriya: Dünya Yayımlama tarixi: 30.01.2016 8:49:01

Bu gün Rusiyanın Kamçatka bölgəsində 7 bal gücündə zəlzələ baş verib.

"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ Geoloji Araşdırmalar Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Petropavlovsk-Kamçatski şəhərindən 106 km aralıda olub. Zəlzələnin ocağı 153 km dərinlikdə yerləşib.

Dağıntı və xəsarət alanlar barədə məlumat yayılmayıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.