Kamikadze İŞİD əleyhdarı ictimai fəalın evinin yanında özünü partlatdı
Əfqanıstanın şərqində terror törədilib, ölən və yaralananlar var

İslamazeri.az-ın "RİA"agentliyinə istinadən verdiyi xəbərə əsasən, Əfqanıstanın şərqindən yerləşən Nanqərhar əyalətindəki evin yanında terrorçu-kamikadzenin özünü partladması nəticəsində azı 2 nəfər dünyasını dəyişib, 17 nəfər isə yaralanıb.
Əyalət qubernatoru Əttaullah Xoqiani bildirib ki, terror aktı bu gün səhər saatlarında Cəlalabad şəhərində yerli ictimai fəallardan biri olan Həyatullahın evinin yanında baş verib. Həyatullah xüsusən İŞİD terror təşkilatından olan üsyançı və terrorçulara qarşı çıxışı ilə tanınır.
Həyatullahın özü heç bir xəsarət almayıb, dünyasını dəyişənlər dinc sakinlər olub. Yerli “TOLO news” telekanalı məlumat verib.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.