"Kamiluz-ziyarat" kitabı çapdan çıxdı - ARTIQ SATIŞDA
Kateqoriya: Kitab həyatdır
Yayımlama tarixi: 08.07.2016 15:53:22

Kitab barədə İslamazeri.az-a məlumat verən layihənun məsulu Taleh Abbasov bildirib: "Şükrlər olsun Allaha ki, bu gün ən qədim və ən dəyərli mənbə kitablarımızdan biri olan "Kamiluz-ziyarat" kitabı çapdan çıxdı. Bu dəyərli kitabın müəllifi Əbul-Qasim Cəfər ibn Muhəmməd ibn Qavləveyh Qumidir. Kitabın mövzusu məsumların ziyarətinin fəziləti ilə bağlıdır. Kitabda 843 hədis mövcuddur. Bu kitab tarix boyu alimlərimizin yanında xüsusi dəyərə malik olmuşdur. Təkcə bunu demək olar ki, mərhum Ayətullah Xoyi şiə kitabları içində yalnız bu kitabın bütün ravilərini siqə (doğruçu) bilib. Bu da öz növbəsində kitabın dəyərini daha da artırır və kitabda olan hədislərin məsum imamların dilindən sadir olması ehtimalını çoxaldır. Bu dəyərli kitabın ərsəyə gəlməsində böyük zəhmətləri olan Hilal Ağamoğlanova və Rahib İsmixanova öz dərin təşəkkürlərimizi bildiririk. Sonda bunu demək istəyirik ki, bu kitab Əli ibn Əbu Talibin (ə) və digər imamların (ə) vilayətinə bağlı olan, onları təsdiq edən şəxlər üçün yazılıb və tarix boyu bu kitab Əhli-beyt sevərlərin evinin zinəti olub. Belə isə ey möminlər evinizi zinətləndirməyə tələsin.
الحمد لله الذى جعلنا من المتمسكين بولاية امير المؤمنين و الأءمة عليهم السلام"
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.