haberL haberR

Kanada Suriya və İraqda hava əməliyyatlarını dayandırıb

Kateqoriya: Dünya Yayımlama tarixi: 18.02.2016 10:08:25

Kanada Silahlı Qüvvələri İraq və Suriya ərazilərində İŞİD terrorçularının mövqelərinə aviazərbələrin endirilməsində iştirakını dayandırıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin hərbi idarəsinin bəyanatında bildirilir.

"Kanada hökumətinin tapşırığına əsasən, Silahlı Qüvvələr fevralın 15-də "IMPACT əməliyyatları" çərçivəsində hava zərbələrinin endirilməsini dayandırıblar", — deyə sənəddə qeyd olunur.

Gözlənilir ki, Kanadanın hava zərbələrində iştirak edən 6 təyyarəsi mərhələli şəkildə bir neçə həftə ərzində regionu tərk edəcək. Bununla belə Kanada hərbçiləri yanacaqdoldurma, hava kəşfiyyatı, müşahidə missiyaları aparmaqla beynəlxalq koalisiyanın hava əməliyyatlarına dəstəyini davam etdirəcək.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.