Kazanda ticarət mərkəzində yanğın zamanı bir Azərbaycan vətəndaşı ölüb

Azərbaycan Xarici İşlər Nazirliyinin təlimatı əsasında ölkəmizin Rusiyadakı səfirliyi Kazanda ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkənlər sırasında Azərbaycan vətəndaşlarının olub-olmamasını Tatarıstan Respublikasının fövqəladə hallar xidməti vasitəsi ilə araşdırır.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Tatarıstan Respublikasının fövqəladə hallar xidmətinin mətbuat katibı Andrey Rodıgin Azərbaycanın Rusiyadakı səfirliyinə bildirib ki, yanğın zamanı bir nəfər Azərbaycan vətəndaşının həyatını itirdiyi müəyyən olunub.
Qeyd edək ki, “Admiral” ticarət mərkəzində xilasetmə işləri zamanı aşkarlanan cəsədlərin sayı 10-a çatıb. Ticarət mərkəzində yanğın martın 11-də baş verib. Yanğın 4 min kv. m-lik ərazini əhatə edib. Binadan 650 nəfər təxliyə olunub. Dağıntılar altında hələ də 25 nəfərədək insanın qaldığı ehtimal olunur. (apa)
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.