haberL haberR

Kazimeyn zəvvarlarının sayı 12 milyonu keçib

Kateqoriya: İslam Yayımlama tarixi: 03.05.2016 14:22:25

İmam Museyi Kazımın (ə) şəhadəti ildönümündə Kazimeyn ziyarətgahı 12 milyon aşiqin cəm olduğu məkana çevrilib.

İslamazeri.az-ın "alalam.ir"-ə istinadən verdiyi xəbərə görə, İŞİD və terror təhlükəsinə baxmayaraq 12 milyon zəvvar, piyada olaraq şəhərə daxil olublar.

Ölkə rəhbərliyi zəvvarların təhlükəsizliyi üçün 90 min qüvvəni səfərbər edib. Bəzi dövlət rəsmiləri də vəzifələrini kənara qoyaraq, zəvvarlara xidmət etmək məqsədi ilə küçələrə axışıblar.

Paytaxt Bağdadın ətrafında 170 tibb mərkəzi və 65 təcili tibbi yardım pulsuz olaraq zəvvarlara xidmət göstərir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.