haberL haberR

Keçmiş məhbus cinayət başında yaxalandı

Kateqoriya: Kriminal Yayımlama tarixi: 06.01.2015 11:12:14

Bakıda keçmiş məhkumdan silah götürülüb

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən islamazeri.az-a  verilən məlumata görə, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1978-ci il təvəllüdlü Rəşad Hüseynov saxlanılıb.

 

Saxlanılan zaman onun üzərindən 0,362 qram heroin, 1 ədəd nömrəsi silinmiş 7,65 mm çaplı “Mauzer” markalı tapanca və ona aid 8 ədəd patron aşkar olunaraq götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.