haberL haberR

Keçmiş müstəntiq Rüfət Səfərov həbsdən buraxılıb

Kateqoriya: Ölkə Yayımlama tarixi: 22.01.2016 16:00:08

Bu gün Binəqədi rayon Məhkəməsində Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi, həbsdə olan Rüfət Səfərovla bağlı verilən vəsatətə baxılıb

Bu barədə APA-ya məlumat verən R. Səfərovun vəkili Bəhruz Bayramov bildirib ki, məhkəmə onların vəsatətini təmin edərək R. Səfərov barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib.

 

R. Səfərov məhkəmə zalından azadlığa buraxılıb.

 

Qeyd edək ki, yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R. Səfərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin qərardan məhkəməyə müraciət olunaraq həbs qərarının ev dustaqlığı ilə əvəz olunması istənilib.

 

Məhkəmənin qərarına əsasən R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.

 

Xatırladaq ki, R. Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.