Keçmiş polis əməkdaşını öldürən şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş polis əməkdaşını öldürməkdə təqsirləndirilən Rövşən Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə o, 11 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən ilin avqustun 28-də Nizami rayonu, Məhsəti küçəsində yerləşən “Şuşa” restoranında Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Rövşən Həsənov aralarında yaranan münaqişə zəminində tanışı, 1975-ci il təvəllüdlü Nadir İbrahimovu tapançadan atəş açmaqla öldürüb. Daha sonra Rövşən Həsənov idarə etdiyi “Lexus” markalı 90 SF 333 dövlət nömrə nişanlı avtomobillə hadisə yerindən qaçıb.
Bu zaman o, idarə etdiyi maşını Rəşad Məmmədovun idarə etdiyi “Toyota” markalı avtomobilə çırpıb. Nəticədə Rəşad Məmmədov xəsarətlə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən Rövşən Həsənov saxlanılıb.
Qətlə yetirilən Nadir İbrahimov keçmiş polis əməkdaşı olub. Saxlanılan Rövşən Həsənovun üzərindən “Makarov” tipli tapança götürülüb. Məlum olub ki, Rövşən Həsənov Nadir İbrahimovu qız üstündə güllələyib. “Şuşa” kafesində Rövşən Həsənovla bərabər olan qadının mobil telefonuna zəng gəlib. Telefonu Rövşən Həsənov açıb. Kişi səsi eşidən Rövşən Həsənov qəzəblənib və kimin zəng etdiyi ilə maraqlanıb.
Bundan sonra o, Nadir İbrahimovu söhbətə çağırıb. Nadir İbrahimov isə “Şuşa” restoranında olduğunu bildirib və onu gözlədiyini deyib. Üzərində silah olan Rövşən Həsənov Nadir İbrahimovun olduğu otağa girib və onu güllələyib. Bildirilir ki, Rövşən Həsənov tapançanın darağındakı bütün güllələri Nadir İbrahimovun bədəninə boşaldıb.
Təqsirləndirilən Rövşən Həsənov Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Məhkəmə-kimya şöbəsinin rəisi Qalib Həsənovun oğludur. Hadisədən sonra Q.Həsənovun vəzifəsindən çıxarılması haqda məlumat yayılıb.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.