haberL haberR

Keçmiş "Qarabağ" məşqçisinin meyiti evinin hamamından tapıldı

Kateqoriya: İdman Yayımlama tarixi: 14.10.2015 17:44:08

Onun 63 yaşı var idi

"Qarabağ" və "Xəzər Lənkəran"ın sabiq məşqçisi Tayfun Gürsel 63 yaşında dünyasını dəyişib. İslamazeri.az-ın report-a istinadən məlumatına görə, T. Gürsəlin meyiti Türkiyənin Antalya vilayətinin Demre qəsəbəsindəki evinin hamamından tapılıb.

Qızı, tanınmış maniken Ece Gürsel tərəfindən aşkarlanan meyit tibbi ekspertizadan sonra onun özünə qaytarılıb. Türkiyə millisinin sabiq futbolçusunun ölümünə infarktın səbəb olduğu açıqlanıb. Mərhumun cənazəsi gün torpağa tapşırılacaq.

Qeyd edək ki, Tayfun Gürsel futbolçu karyerası ərzində "Əskişəhərspor", "Antalyaspor", və Türkiyə millisinin formasını geyinib. Məşqçi kimi isə o, bir sıra klublarda, o cümlədən Rasim Karanın baş məşqçi olduğu vaxt "Xəzər Lənkəran"la "Qarabağ"da çalışıb. O, 25 ildir həyat yoldaşından ayrı qalırdı.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.