haberL haberR

Kəlbəcər girovlarıyla görüş olacaq

Kateqoriya: Ölkə Yayımlama tarixi: 20.04.2015 16:19:46

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri bu həftə girov kəlbəcərlilərə baş çəkəcək

İslamazeri.az xəbər verir ki, bu barədə anspress-ə ötən il Kəlbəcərdə ermənilərin girov götürdüyü Şahbaz Quliyevin bacısı İradə Quliyeva məlumat verib. 

"Aprelin 17-də məktub yazıb Beynəlxalq Qızıl Xaç Komitəsinə vermişik. Bu həftə ərzində görüş olacağı gözlənilir. Görüşdə Şahbazdan məktub alıb bizə verəcəklərini gözləyirik. Komitədən xahiş etmişik ki, əgər mümkündürsə, onlara bağlama göndərək. Hələlik dəqiq bir cavab verməyiblər. Amma deyirlər ki, çətin ki, buna imkan verilsin". 

Azərbaycan nümayəndəliyinin şöbə müdiri İlahə Hüseynova isə görüş haqqında yalnız görüşdən sonra məlumat veriləcəyini bildirib. "Saxlayan tərəf saxlanılan şəxslər üçün normal şərait təmin etməlidir. Əgər ehtiyac olarsa, Beynəlxalq Qızıl Xaç Komitəsi də bununla bağlı öz məsləhətlərini verə, aidiyyatı orqanlara müraciət edə bilər".

Xatırladaq ki, Ermənistan tərəfi öz doğma dədə-baba toqpaqlarına səfər etmiş kəlbəcərlilər Dilqəm Əsgərov və Şahbaz Quliyevi ötən ilin iyul ayında girov götürüblər. Qondarma Dağlı Qarabağ Respublikasında qurulan "məhkəmə"də isə Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyevə isə 22 il həbs cəzası verilib. Onlarla birlikdə olan Həsən Həsənov isə ermənilər tərəfindən vəhşicəsinə öldürülüb. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.