Kəlbəcər girovu ailəsinə məktub göndərib

Azərbaycanlı girov Dilqəm Əsgərovun Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə göndərdiyi məktub artıq ailəyə çatdırılıb.
İslamazeri.az xəbər verir ki, bunu anspress-ə açıqlamasında Dilqəm Əsgərovun qardaşı Sahib Musayev deyib. Onun sözlərinə görə, Dilqəm məktubunda sağ-salamat, hər şeyin yaxşı olduğunu, heç nəyə ehtiyacının olmadığını yazıb.
Qeyd edək ki, sonuncu dəfə Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri girovlara aprelin 21-də baş çəkib.
Xatırladaq ki, Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov ötən ilin iyul ayında Kəlbəcərdə ermənilər tərəfindən girov götürülüblər. Onlar Azərbaycanın işğal altında olan Kəlbəcər rayonuna yaxınlarının məzarlarını ziyarət etmək üçün keçmişdilər. Ermənilər Həsən Həsənov qətlə yetiriblər, digərlərinin üzərində isə ötən ilin son aylarında qondarma məhkəmə qurulub. Dilqəm Əsgərov oyuncaq məhkəmənin qərarı ilə ömürlük, Şahbaz Quliyev isə 25 il azadlıqdan məhrum edilib.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.