haberL haberR

Kəlbəcər girovu Şahbaz Quliyev əməliyyat olunub

Kateqoriya: Ölkə Yayımlama tarixi: 27.04.2015 10:59:25

Kəlbəcərdə girov götürülən və hazırda Xankəndində saxlanılan Azərbaycan vətəndaşı Şahbaz Quliyev səhhətində yaranmış problemlə əlaqədar əməliyyat olunub
Apa-nın “Kavkazskiy uzel” portalına istinadən verilən məlumata görə, Ş. Quliyev öd kisəsinin xroniki tutması diaqnozu ilə Xankəndindəki xəstəxanada cərrahiyyə əməliyyatına məruz qalıb. Dağlıq Qarabağdakı “Helsinki təşəbbüsü-92” ictimai təşkilatının rəhbərliyi xəstəxanada Ş. Quliyevə baş çəkib. Onlar Ş. Quliyevin vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər. 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.