haberL haberR

Kəlbəcər girovu üçün Gürcüstandan həkim çağırıldı

Kateqoriya: Ölkə Yayımlama tarixi: 24.01.2015 12:49:24 1698 dəfə oxunub.

Beynəxlaq Qızl Xaç Komitəsinin vasitəçiliyi ilə Gürcüstandan həkimlər gedib

Xəbər verdiyimiz kimi, Kəlbəcər rayonunda girov götürülən azərbaycanlı Dilqəm Əsgərov ailəsinə məktub göndərib.

D.Əsgərovun qardaşı Sahib Musayev  deyib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə göndərilən məktub artıq ailəyə çatdırılıb. Məktubda qeyd edilib ki, Dilqəm Əsgərovu müayinə etmək üçün Gürcüstandan həkimlər dəvət edilib: “Beynəxlaq Qızl Xaç Komitəsinin vasitəçiliyi ilə Gürcüstandan həkimlər gəlib. Məni müayinə etdilər. Hələlik səhhətim normaldır. Hər kəsə salam olsun”.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünənki mətbuat konfransında Dilqəm Əsgərovun taleyi barədə danışıb.

S.Lavrov qeyd edib ki, D.Əsgərovu erməni tərəfi saxlayıb və bu məsələni Ermənistanla müzakirə edəcəklər.

Xatırladaq ki, Kəlbəcərdə Ermənistan əsgərləri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulmuş “məhkəmə” prosesi yekunlaşıb. D. Əsgərova ömürlük həbs cəzasına, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

 

Ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.(azvision.az)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.