haberL haberR

Kənd Təsərrüfatı Nazirliyinə 114 müraciət daxil olub

Kateqoriya: Ölkə Yayımlama tarixi: 06.03.2015 12:09:32

Bu ilin yanvar-fevral aylarında Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi”nə daxil olan müxtəlif məzmunlu 114 müraciət qeydə alınıb

Nazirliyin mətbuat xidmətindən islamazeri.az-a  verilən məlumata görə, müraciətlərdə qaldırılan məsələlərə aydınlıq gətirilib, cavablandırılması operativlik tələb edən sorğular əsasında məsləhət-informasiya xidməti göstərilib.

Şikayət xarakterli, araşdırılması üçün müəyyən vaxt tələb olunan müraciətlər məzmununa uyğun aidiyyəti üzrə nazirliyin müvafiq xidmət və şöbələrinə təqdim edilib.

Müraciətlər əsasən nazir Heydər Əsədovun vətəndaşlarla qəbulunda iştirak etmək, yeni kənd təsərrüfatı texnikalarını almaq və lizinq yolu ilə icarəyə verilmiş texnikaların dəyərinə tətbiq edilən güzəştlərin mexanizmi, yeni texnikaları lizinq qaydasında icarəyə götürməzdən əvvəl “Aqrolizinq” ASC-nin internet səhifəsində elektron qeydiyyatın aparılma qaydası, subsidiyaların kart hesablarına köçürülmə vaxtının dəqiqləşdirilməsi, bəzi rayonlarda iribuynuzlu mal-qara, həmçinin davarlar arasında xəstəliklərin yayılması və digər məsələlərlə bağlı olub.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.