haberL haberR

Kərbəla valisi: "İŞİD Kərbəlaya girə bilməz"

Kateqoriya: Münasibət Yayımlama tarixi: 27.04.2015 15:02:38

İraqın Kərbəla valisi bəzi media qurumlarının İŞİD-in Kərbəla şəhərinə girməsinə çox az qaldığı mövzusunda yaydığı xəbərlərə aşıqlama verib

İslamazeri.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, İraqın Kərbəla valisi bəzi media qurumlarının İŞİD terror təşkilatının Kərbəla şəhərinə girməsinə çox az qaldığı mövzusunda yaydığı xəbərlərə reaksiya olaraq açıqlama verib. O bildirib ki, İraq Təhlükəsizlik Qüvvələrinin bu cəhdə mane olmaq üçün lazımi bütün tədbirləri aldığını ifadə edib.

"Mehr" xəbər agentliyinin "Ən-Nəşrə"dən canlı verdiyi xəbərdə, Kərbəla valisi Akil əl-Tureyhi dünən verdiyi açıqlamada İŞİD-in Kərbəlaya girməsinin mümkün olmadığını, bu kimi xəbərlərin ancaq yalan və propoqanda xarakterli olduğunu bildirib.

Bundan əlavə, Akil əl-Tureyhi Kərbəla Rayonu Ali Təhlükəsizlik Şurası üzvlərinin bu bölgədə təhlükəsizliyi təmin etmək məqsədi ilə davamlı tədbirlər keçirdiyini, İraq Təhlükəsizlik Qüvvələri və xalq komitələrinin Kərbəlanın bütün nöqtələrində hər cür ssenariyə hazırlıqlı olduğunu vurğuladı.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.