haberL haberR

Ayətullah Sistani döyüşlərin qırmızı xəttini təyin edib

Kateqoriya: İslam Yayımlama tarixi: 28.05.2016 12:04:38

Kərbəlanın İmam cüməsi İraqın nüfuzlu təqlid mərcələrindən olan Ayətullah Sistaninin ölkədə gedən döyüşlərin qırmızı xəttini təyin etdiyini açqılayıb

İslamazeri.az-ın "Əl Aləm"-ə istinadən verdiyi xəbərə əsasən, Ayətullah Sistaninin nümayəndəsi olan Seyid Əhməd Safi Kərbəlada keçirilən cümə namazı xütbələrində bu mövzuya toxunub.
"Bu günlərdə ölkənin müxtəlif hərbi qüvvələri terrorçularla mübarizədədir. Döyüşlər zamanı dinc sakinlərin canını qorumağın xüsusi əhəmmiyyəti vardır. Günahsız insanların həyatını xilas etmək, terrorçulara hücum etməkdən daha mühümdür. Bu qırmızı xəttimizdir.", - deyə Seyid Əhməd Safi bildirib.

Qeyd edək ki, İraq ordusu və könüllüləri Fəllucədə mülkü vətəndaşların müdafiəsi istiqamətində tədbirlərini davam etdirir və hücum əmıliyyatlarını bu məsələyə görə tənzimləyir.

Xatırladaq ki, Ayətullah Seyid Sistani Fəllucə əməliyyatlarına qatılanlara təmsilçisi vasitəsilə tövsiyə bəyanatı yaymışdı ətraflı.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.