haberL haberR

??? Kerri ilə Çavuşoğlu Suriya və İraqdakı vəziyyətini müzakirə edib

Kateqoriya: Dünya Yayımlama tarixi: 20.05.2016 17:41:10

Onlar həmçinin Suriyadakı söz azadlığını da müzakirə edib

İslamAzeri.az rus mediasına istinadən xəbər verir ki, ABŞ dövlət departamenti bildirib ki, dövlət katibi Con Kerri cümə bu gün Brüsseldə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. Görüşdə Suriya və İraq, həmçinin Türkiyədə söz azadlığı da müzakirə olunub.

“Nazirlər hərbi əməliyyatların dayandırılması hökumətin bütün tərəflərinin öz öhdəliklərinə əməl etmələri və hakimiyyətin ötürülməsi siyasi prosesinə töhfə vermələrinin zəruriliyini qeyd edərək Suriyadakı vəziyyəti gözdən keçiriblər.

Onlar həmçinin koalisiyanın İraq və regionda İŞİD-ə qarşı səyləri və həmçinin qaçqınlarla bağlı böhranla mübarizə üzrə səyləri də müzakirə ediblər.

Hökümət katibi həmçinin söz azadlığının və azad, müstəqil KİV-lərin əhəmiyyətini də müzakirə edib”, – deyə dövlət departamentindən bildiriblər.

Türkiyədə son aylar ərzində bir sıra nüfuzlu kütləvi informasiya vasitələri ya bağlanılıb, ya da dövlətin nəzarəti altına keçib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.