haberL haberR

Kişi arvadını ürəyindən bıçaqladı–Video

Kateqoriya: Kriminal Yayımlama tarixi: 24.10.2014 15:00:35

Küçədə ortasında ər-arvad mübahisəsi qanlı bitdi

İslamazeri.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ümraniyə rayonunda 40 yaşlı Gökhan Çadırçı həyat yoldaşı, 28 yaşlı Hülya Çadırçı ilə küçə ortasında mübahisə etməyə başlayıb. Boşanma ərəfəsində olan və bir müddətdir Hülyadan ayrı yaşayan Gökhan əsəbi halda onunla mübahisəni davam etdirib. Küçədə keçən bir qadın onları sakitləşdirməyə çalışsa da buna nail ola bilməyib. Cibindəki bıçağı çıxararaq Hülyaya əvvəlcə ürəyində 2 zərbə endirib, daha sonra bədənin müxtəlif yerlərinə daha 3 zərbə vuraraq hadisə yerindən qaçıb. Bütün bu hadisələr isə onların 5 yaşlı uşaqlarının gözü qarşısında baş verib. Ağır yaralı olan Hülya qısa zamanda xəstəxanaya çatdırılıb. Əməliyyat edilən qadın bütün cəhdlərə baxmayaraq dünyasını dəyişib. Polisin keçirdiyi əməliyyat nəticəsində hadisəni törədən Gökhan qısa zamanda saxlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır.

 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.