haberL haberR

Kitab və yazı haqqında hədislər

Kateqoriya: İslam Yayımlama tarixi: 21.07.2016 20:07:02

"İnsanın yazısı (məktubu) onun ağlının göstəricisi və fəzilətinin dəlilidir."

İslamazeri.az kitab və yazı haqqında bəzi hədisləri təqdim edir:

Bismillahir Rəhmnir Rəhim....

 İmam Əli (ə): «Kitablar alimlərin bostanlarıdır.»

 İmam Əli (ə): «Kitab necə də gözəl natiqdir.»

 İmam Əli (ə): «Kitablarla özünü sakitləşdirən heç bir sakitliyi əldən verməz.»

İmam Əli (ə): «Elçin sənin tərcümanın, məktubun isə ən uca səslə danışan sözçündür.»

İmam Əli (ə): «İnsanın yazısı  onun ağlının göstəricisi və fəzilətinin dəlilidir.»

 İmam Əli (ə): «Alimlərin ağılları, onların qələmlərinin uclarındadır.»

Allahın Peyğəmbəri (s): «Elmi, yazmaqla bəndə salın.»

Allahın Peyğəmbəri (s): «Bilikləri, alimlər ölməmiş yazıya köçürün. Çünki alimlər öləndə (onların) bilikləri də gedir.»

İmam Sadiq (ə): «Yazın, çünki yazmayıınca əzbərləmirsiniz.»

 İmam Sadiq (ə): «Ürək yazmaqla sakitləşər.»

Allahın Peyğəmbəri (s): «Mömin özündən bircə vərəq belə elm yazılmış yazı qoyub gedərsə, qiyamət günündə həmin vərəq onunla od arasında pərdəyə çevrilər. Allah-taala onda yazılmış hər hərfin müqabilində dünyadan yeddi dəfə böyük olan bir şəhər verər.»

 Allahın Peyğəmbəri (s): «Kim mənim bir hədisimi və elmimi yazsa, həmin hədis və elm qalıncaya qədər onunçün əcr yazılar.»

Allahın Peyğəmbəri (s): «Bismillahir rəhmanir rəhim hər yazının başlanğıcıdır.»

 İmam Sadiq (ə): «Bismillahir rəhmanir rəhimi ötürmə! Hətta bir şerdən (yazmaqdan) əvvəl olmuş olsa belə.»

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.