haberL haberR

KİV: Belçika “əl-Qaidə” üzvünə təxminən 80 min avro verib

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 13.05.2016 15:15:56

Belçika höküməti kompensassiyanı Trabelsinin Belçikada yaşayan ailəsinə verib.

İslamAzeri.az rus mediasına istinadən xəbər verir ki, Belçika höküməti insan haqları üzrə Avropa Məhkəməsinin qərarını icra edərək, “Əl-Qaidənin” tunisli üzvü Nizar Trabelsiyə təxminən 80 min avro mənəvi konpensasiya ödəyib.

Xatırladaq ki, Trabelsi 2001-ci ildə Usamə ben Ladenlə görüşdükdən sonra Belçikada Klyayn-Broqel hava limanında NATO-ya məxsus hərbi-bazada terror aktı törətməyi planlaşdırmışdı. Belçikada 10 illik məhkumluqdan sonra Trabelsi 2013-cü ildə ABŞ-a ekstradisiya edilib. ABŞ-da onu amerikalı hərbçilərinə qəsd etmə və terror təşkilatına dəstək vermədə ittiham edərək ömürlük azadlıqdan məhrum ediblər.

2014-cü ildə Avropa Məhkəməsi Belçika hökümətini Trabelsini ABŞ-a ekstradisiya edərək, ona qarşı qeyri-insani yanaşdığına görə 90 min avro mənəvi kompensassiya ödəməyi məcbur edib. Belçika höküməti tunislini ABŞ-a onun hərbi tribunala verilməməsi və edam edilməməsi şərti ilə verib.

Belçika höküməti kompensassiyanı Trabelsinin Belçikada yaşayan ailəsinə verib.

Xatırladaq ki, Trabelsi “əl-Qaidə” üzvü olmamışdan öncə professional futbolçu idi və Düsseldorfdan olan “Fortuna” komandasında oyayırdı.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.