haberL haberR

Fətullah Gülənin inkubator açıqlaması yeni çevriliş mesajı kimi dəyərləndirildi

Kateqoriya: Dünya Yayımlama tarixi: 03.08.2016 10:25:34

FETO terror qruplaşmasının Türkiyədə baş tutmayan çevriliş cəhdindən sonra belə bir cəhdin yenidən baş verəcəyi proqnozları KİV-in əsas araşdırma sahəsinə çevrilib

İslamazeri.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə,  FETO terrorçularının Zaman qəzetində həyəcan siqnalı və gülən körpə reklamının 15 iyul çevrilişə cəhdin anonsu olduğuyla bağlı iddialar var.

Fətullah Gülən son çıxışı zamanı tərəfdarlarına "səbr edin" mesajı verdiyini, açıqlamasında  inkubator misalından istifadə etdiyi önə çəkilir. O çıxışı zamanı "Nə qədər ağır olursa olsun dişini sıx və səbr et. Gözləntilərin qarşısında inkubatorda yumurtaların 20 gün çevrildiyi kimi səbr et", -deyə bildirib. 

Onun bu açıqlaması və tərəfdarlarının sosial şəbəkələrdə öncədən 14 avqustla bağlı mesajlarından sonra "FETO 14 avqustumu işarə edir?" kimi suallarla dolu şərhlər yayılmağ səbəb olub.

Gülənin son videosunda "Ey ona-buna dalan insan, dəyişik şeylərlə zəhərlənən insan, sabah çıxacağına təminat yoxdur. Beyin qanaması çəkiç kimi başına dəyər çıxıb gedərsən. Heç ummadığın xərçənglə gedərsən, gözlənilmədən çarpar.", sözlərinin ölüm təhdidi olub olmadığı da araşdırılır.

Başnazirlikdə mütəxəssis kimi fəaliyyət edən və FETO-ya məlumat sızdırdığına görə, həbs olunan Akif Mustafa Koçyigit adına açılan "Tvitter" səhifəsi üzərindən paylaşılmış son paylaşımda da diqqət 14 avqusta yönlənib.

 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.