haberL haberR

KİV: Şimali Koreya sualtı qayıqdan ballistik raket buraxıb

Kateqoriya: Dünya Yayımlama tarixi: 24.04.2016 11:53:04

Yapon və Cənubi Koreya mediasın Şimali Koreyanın sualtı qayıqdan ballistik raket buraxmasıyla bağlı xəbər yayıb

İslamazeri.az "Ria Novosti"yə istinadən xəbər verir ki, Cənubi Koreya hərbi komandanlığı bildirib ki, Şimali Koreya hərbçiləri ölkənin cənub sahilindəki sualtı qayıqdan ballistik raket buraxıblar. Raketin buraxılması yerli vaxtla günün ikinci yarısı baş tutub. Hadisənin digər təfərrüatları haqda məlumat yoxdur.

Yapon telekanalı NHK bugün xəbər verib ki, Şimali Koreyanın şərq sahilindən Yapon dənizi istiqamətindən bir neçə raketin buraxılmasın mümkündür.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.