haberL haberR

Klinton Trampdan 11 ştatda irəlidədir - SƏBƏB

Kateqoriya: Siyasət Yayımlama tarixi: 20.06.2016 09:44:09

Demokratlar partiyasından ABŞ seçkiöncəsi yarışının keçmiş iştirakçısı Berni Sanders növbə mübarizədən imtina edərək öz tərəfdarlarını Hillari Klintona səs verməyə səsləyib

 İslamazeri.az "RT"yə istinadən xəbər verir.  Məlumata görə. sorğular göstərir ki, keçmiş dövlət-katibi öz əsas rəqibi – Respublikaçılar partiyasından olan namizəd Donald Trampı – 11 ştatda qabaqlayır. Bu ştatlarda heç bir böyük partiya seçicilərin çoxluğunun sabit dəstəyini əldə edə bilməyib.

Klintonun Trampı tənqid edərək necə siyasi xalları qazandığını aşağıda təqdim edəcəyimiz materialdan oxuya bilərsiniz.

Demokratların Trampı darmadağın etməyə dair planı:

1-ci addım: Onun “qaba və təhqiramiz kampaniyasını” pərə-pərən etmək

“Amerika prezidenti postuna iddian edənin demaqoqiya və dözümsüzlük ritorikasına əl atması, kökündən səhvdir.”,  – deyə Hillari Klinton bildirib.

2-ci addım: Onu onun “pis biznesi”i ilə rüsvay edib

“O öz şirkətlərini müflis edib – və bu cür də Amerikanı müflis edə bilər”, – deyə Klinton xatırladıb.

3-cü addım: Onun ideyalarının “təhlükəli və məsuliyyətsiz” olması haqda xəbərdarlıq etmək

“Donal Trampın fikirləri təkcə başqa cür deyil. Onlar təhlükəli dərəcədə əlaqəsizdirlər.”, – deyə keçmiş dövlət-katibi bildirib.

4-cü addım: Onu “əsas qadın düşməni” kimi qələmə vermək

“Donal Tramp Amerikanı yenidən qüdrətli etməyi təklif edərkən, o əslində Amerika keçmişə qaytarmağı təklif edir: o vaxta abortlar qadağan idi, qadınların isə az hüquqları və az imkanları var idi.”,  – deyə Klinton əlavə edib.

5-ci addım: Hər kəsə onun “xalqdan uzaq” olmasını demək

“Nəhəng təyyarədə gəlib, nitq söyləyib, niqtdə hamını bircə-bircə təhqir edib, daha sonra isə yenidən təyyarəyə minərək Floridada yerləşən öz şəhər kənarındaki klubuna və ya Nyu-Yorkdaki penthausuna qayıtmaq olar, lakin mənə nəyəsə görə elə gəlir ki, bu onu xalqa yaxınlaşdırmır.”, – deyə o bildirib.

Federal Təhqiqat Bürosunun araşdırması və prezident ər: Hillari Klintonun ABŞ tarixinə düşmə predmetləri

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonun Ağ ev başçısı postuna nominasiyasını qərb KİV-ləri tarixi hadisə adlandırırlar, lakin bu tərif səhvdir: ona qədərə qadın-siyasətçilər dəfələrlə ABŞ prezidentliyinə namizəd olublar. Bundan əlavə, Klinton hələ rəsmi namizdə olmayıb: iyul ayında ən yüksək post uğurundaki mübarizədəki rəqiblərini taleyini həll edəcək super-deleqatların səs-verməsi qarşıda durur.

Bununla belə, Hillari Klinton yenə də digər xidmətlərinə görə tarixə düşəcək.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.