haberL haberR

Klintonun gizli yazışması; "Sünni - şiə müharibəsi bizim işimizə yarayar..."

Kateqoriya: Dünya Yayımlama tarixi: 20.03.2016 14:47:05

ABŞ-ın eks xarici işlər naziri və hazırda ABŞ-da prezidentliyə namizəd Hillari Klintonun 2012-ci ildəki yazışması “Vikiliks” tərəfindən üzə çıxarılıb

İslamazeri.az “Sol”-a istinadən xəbər verir ki, ifşa olunan sənəddə Hillari Klinton Suriya böhranının ilk günlərində Bəşər Əsədin hakimiyyətdən getməsinə işarə etdiyi öz əksini tapıb.

“Vikiliks”-in ifşa etdiyi sənədə əsasən,  Hilları Klinton Yaxın Şərqdə olan məsələlərə toxunaraq "naməlum şəxs"ə yazır: “İranın nüvə gücünün artmasını nəzərə alarsaq İsrailə kömək etməyimizin ən uyğun yolu Suriya müxaliflərini Əsədin getməsi yönündə dəstəkləməkdir. Bizim İranla başladıımız nüvə müzakirələri nə İsrailin təhlükəsizliyini təmin edir, nə də İranın nüvə silahlarını əldə etməyinə mane olur. Bu müzakirələr Yaxın Şərqdə misli görünməmiş müharibənin qarşısı almaq üçündür. İsrailin əsas qorxusu İranın bu ölkəyə hücumu deyil. İsrail Yaxın Şərqdə özündən başqa nüvə silahına kiminsə sahib olmasından nigarandır. İran nüvə silahına sahib olarsa, müttəfilqəri olan Suriya və Livanda bölgədə daha rahat addım atacaqlar. Əsədin hakimiyyətdən getməsi İranın İsrail üçün ən böyük təhlükə olan “Hizbullah”-la əlaqəsinin kəsilməsinə səbəb olacaqdır. Əsəd heç bir diplomatik çıxış yolunu qəbul etmir. Yeganə çıxış yolu təhdid və zorbalıqla işi həll etməkdir.”

Məktubda diqqət çəkən məqamın İsrailin mövqeyinin Klinton tərəfindən önə çəkilməsidir. Klintonun məktubunda "İsrail Kəşfiyyatı bildirir ki, Suriyada sünni-şiə müharibəsi bizə və Qərbin işinə yarayar", - deyə qeyd olunur.

Wikileaks ötən illərdə Suriyada Əsədin devrilməsi üçün Səudiyyə, Türkiyə və Qətər hökümətlərinin gizli yazışmalarını da ifşa etmişdi.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.