haberL haberR

Klublarımızın Avroliqa matçlarının başlama saatları

Kateqoriya: İdman Yayımlama tarixi: 09.07.2016 11:15:02

"Kəpəz"-"Admira" matçının vaxtı dəyişdirildi

Ölkəmizi Avropa Liqasında təmsil edən hər üç komandamız 1-ci təsnifat mərhələsini uğurla keçdi. Anspress-in məlumatına görə, "Qəbələ", "Kəpəz" və "Neftçi"nin ikinci mərhələdəki ilk oyunlarının başlama saatları da bəlli olub.

Malta "Baltsan"ı, səddini keçən "Neftçi" Makedoniya "Şkendiya"sını qəbul edəcək. "Kəpəz" isə səfərdə Avstriya "Admira"sının qonağı olacaq. "Qəbələ" də ilk oyununu səfərdə Macarıstan MTK-sına qarşı keçirəcək.

Bu arada "Kəpəz" klubunun 2-ci təsnifat mərhələsində Avstriya "Admira"sı ilə Bakıdakı oyununun vaxtı dəyişdirilib. Sözügedən qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi iyulun 21-də deyil, ondan bir gün tez keçiriləcək. Buna səbəb isə həmin gün "Qəbələ"nin Macarıstan MTK-sı ilə cavab oyununa çıxmasıdır. Qaydalara əsasən, bir şəhərdə eyni gündə iki oyun keçirməyə icazə yoxdu.

14 iyul
20:00."Neftçi” (Azərbaycan) - "Şkendiya” (Makedoniya)
21:00"Admira” (Avstriya) - "Kəpəz” (Azərbaycan)
22:30.MTK (Macarıstan) - "Qəbələ” (Azərbaycan)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.