haberL haberR

Koalisiya Suriyanı şərqində İŞİD-ə məxsus 83 avtosisterni məhv edib

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 08.08.2016 18:15:35

Ümumilikdə gün ərzində Suriyada 6, İraqda isə 8 zərbə endirilib.

İslamazeri.az-ın rus mediaına istinadən verdiyi xəbərə əsasən, koalisiyanın xəbərində deyilir ki, ABŞ-ın rəhbərliyi altındaki koalisiya bazar günü İŞİD terror təşkilatının 80-dən çox sistemli avtomobilini məhv edib.

“Əbu Kəma yaxınlığında bir hava zərbəsi ilə İŞİD-in 83 neftdaşıyan sisterni məhv edilib.”, – deyə bildirilir.

Qeyd edilir ki, ümumilikdə gün ərzində Suriyada 6, İraqda isə 8 zərbə endirilib. Zərbələr əsasən İŞİD-in aşkarlanmış minaatan və hərbi mövqeləri üzrə endirilib.

Qeyd edək ki, qeyri-qanuni əldə olunmuş neftlə ticarət İŞİD terrorçularının əsas gəlir mənbələrindən biridir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.