haberL haberR

Kodlaşdırmaq imkanı olan fləş kart

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 09.02.2015 19:02:04

Yaponiyanın “Toshiba” şirkəti “Toshiba Encrypted USB Flash Drive” fləş daşıyıcılar xəttini satışa çıxarıb

İslamazeri.az-ın "ICTnews"-a istinadən verdiyi xəbərə görə, adi fləş kartdan fərqli olaraq, “Encrypted USB Flash Drive” qurğuları əlavə olaraq rəqəmli klaviatura ilə təchiz edilib. Bu klaviaturanın köməyi ilə daşıyıcının sahibi qurğuya xüsusi kod təyin edə bilər ki, bu da ondan xəbərsiz cihazdan istifadəyə imkan verməyəcək.

Qurğuya, həmçinin uzunmüddətli akkumulyator quraşdırılıb ki, bu da fləş kartı USB konnektora qoşmazdan əvvəl onu enerji ilə doldurmağa imkan verir. Cihazın sahibi tərəfindən təyin edilmiş kod 10 dəfə ardıcıl səhv yığılsa, diskdəki bütün informasiya silinəcək.

4QB tutumunda fləş kartın satış qiyməti 60 ABŞ dolları təşkil edir, 32 QB tutumunda daşıyıcının qiyməti 180 dollardır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.