haberL haberR

Komandamız meydana qara sarğıyla çıxacaq

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 24.02.2015 13:31:36

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Azərbaycan milli komandası, həmçinin 21 və 16 yaşadək futbolçulardan ibarət yığmalarımız bu gün və fevralın 25-də keçirəcəkləri yoldaşlıq oyunlarında Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar meydana qara sarğı ilə çıxacaqlar

Bu barədə islamazeri.az AFFA-dan məlumat verilib.

Xatırladaq ki, millimiz bu gün Ukraynanın “Şaxtyor” (Donetsk) klubu, U-16 yığmamız isə Belarusun U-17 komandası ilə qarşılaşacaq. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması fevralın 25-də Qananın müvafiq yaş qrupuna aid komandası, U-16 isə Norveçin “Konnerud” klubunun U-17 komandası ilə yoldaşlıq oyunu keçirəcək.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.