haberL haberR

Kondisionerli avtobuslar hansı xətlər üzrə hərəkət edəcək?

Kateqoriya: Ölkə Yayımlama tarixi: 05.08.2015 17:58:59

BakuBus" MMC-yə məxsus "Iveco" sərnişin avtobusları 14 iqtiqamət üzrə işləyəcək.

Bakıya yeni gətirilən kondisionerli sərnişin avtobuslarının hansı marşrutlar üzrə hərəkət edəcəyi bəlli olub. "BakuBus" MMC-yə məxsus "Iveco" sərnişin avtobusları 14 iqtiqamət üzrə işləyəcək. 

Avtobusların gələn aydan xidmətə başlayacağı gözlənilir.
Kondisionerli avtobuslar aşağıdakı xətlər üzrə hərəkət edəcək:

1 nömrəli - "Koroğlu" m/st - "28 May" m/st
2 nömrəli - "20 Yanvar" m/st - "Azadlıq" m/st - Ziya Bünyadov
3 nömrəli - "Azadlıq" m/st - "Elmlər" m/st
4 nömrəli - "N.Nərimanov" m/st - "Xətai" m/st
5 nömrəli - "N.Nərimanov" m/st - 20-ci Sahə
6 nömrəli - "Azadlıq" m/st - 20-ci Sahə
7 nömrəli - "Azadlıq" m/st - Ziya Bünyadov - 20-ci Sahə
8 nömrəli - "Azadlıq" m/st - "28 May" m/st
9 nömrəli - "N.Nərimanov" m/st - "Caspian Mall"
10 nömrəli - "N.Nərimanov" m/st - Azneft dairəsi
11 nömrəli - "N.Nərimanov" - "Elmlər Akademiyası" m/st
12 nömrəli - "20 Yanvar" m/st - 20-ci Sahə
13 nömrəli - "20 Yanvar" m/st - "Koroğlu" m/st
14 nömrəli - "20 Yanvar" m/st - "Xətai" m/st xətti üzrə hərəkət edəcək.

Daha bir xətt isə Heydər Əliyev Beynəlxalq Hava limanı ərazisinə olacaq. 

Avtobuslarda vahid kart (BakıKart) tətbiq olunacaq.

Xatırladaq ki, avtobuslar paytaxta iyun ayında keçirilən birinci Avropa Oyunları ərəfəsində gətirilib. O zaman bu nəqliyyat vasitələrindən tamaşaçıların daşınması üçün istifadə edilib. 

Yeni avtobuslarda da gedişhaqqı isə 20 qəpik təşkil edəcək.(milli.az)

 

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.