haberL haberR

Kral Abdullahdan şok iddia: "Avropaya terrorçuları Türkiyə göndərir"

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 27.03.2016 15:30:48

Türkiyə baş nazirinin İordaniya səfəri öncəsi İordaniya kralının amerikalı senatorlarla görüşünün təfərrüatları üzı çıxıb

İslamazeri.az-ın "Sözcü" qəzetinə istinadən verdiyi xəbərə görə, Kral Abdullah 11 yanvarda Vaşinqtonda bir qrup amerikalı siyasətçu ilə keçirdiyi toplatıda "Türkiyənin terrorçuları Avropaya göndərdiyi və İŞİD terrorunu dəsklədiyi" yönündəki açıqlamasının təfərrüatları üzə çıxır.

Davudoğlunun səfəri zamanı qalmaqal

WikiLeaks-ə istinad olunaraq "Jordanleaks" deyilən qalmaqallı görüşün təfərrüatlarında  Türkiyə prezidenti Ərdoğan və Türkiyə ilə əlaqəli qalmaqal yaradacaq iddialar yer alıb. Önümüzdəki həftə Türk baş nazir Davudoğlunun İordaniya səfəri öncəsi üzə çıxan bu sənədlər, səfər zamanı gündəmə gətiriləcəyi də gözlənilir.

Kral Abdullah: ...terrorçuları Avropaya göndərməsi Ərdoğanın siyasətinin bir parçasıdır

İordaniya kralı Abdullahın "Türkiyənin terrorçuları Avropaya göndərməsi Ərdoğanın siyasətinin bir parçasıdır" kimi ifadələri, ABŞ-lı senatorlar  John McCain, Bob Corker, Mitch McConell və Harry Ried ilə keçirdiyi görüşdə dilə gətirdiyi, bunların da protokola alındığı önə çəkilir. Olayı ilk üzə çıxaran İngilis "East Eye"- MEE adlı media quruluşundan sonra, mövzu ilə əlaqəli geniş bilgilərə yer verən Alman "Deutsche Wirtschafts Nachrichten" xəbər saytı, bu sözlərin bir protokola alındığını bildirib.

Baş redaktor David Hearst imzası ilə yayımlanan xəbərdə  "Middle East Eye" - MEE peşəkar jurnalistika qaydaları ilə fəaliyyət göstərən bir mənbədir" cümləsindən istifadə edib. David Hearst tanınmış " The Guardian" qəzetinin xarici siyasət üzə mütəxəssis eksperti olaraq da tanınır. 

Qəzet  yazır: "Mühacir böhranı və bu mühacirlərin arasında terrorçuların olması təsadüf deyil. Avriopaya göndərilən terrorçular, Türkiyə siyasətinin bir parçasıdır. Türkiyə olanları qınasada, digər tərəfdən istədiyini həyata keçirir. Türkiyənin İŞİD-ə neft ixracatı ilə yardım etməsi isə dəqiqdir."

Türkiyə Afrikadakı qruplara dəstək verir...

Qəzetin yazdığına görə, kral Abdulla görüş zamanı "İordaniya Suriyadakı müzakirələrin içində yer alan deyil(red: Türkiyənin istədiyi yöndə). İŞİD-ə qarşı özəlliklə Cənubi Suriyada taktiki həll yolları həyata keçirə bilirik, ancaq stratejik olaraq bunu bacara bilmirik. Çünki, Türkiyə bu mövzuda yanımızda deyil. Türkiyə sadəcə Suriyada deyil, Liviya və Somalidəki islamçı qrupları da dəstəkləyir. Türkiyədə radikallaşdırılırlar", - deyə bildirib.

O senatorlardan "Niyə Somalidəki döyüşçülərə təlim verirsiz" sualını Ərdoğandan soruşmalarını da istəyib.

İordaniya Rabitə və İnformasiya naziri Məhəmməd Əl Mumini "Anadolu" agentliyinin sorğusuna cavab olaraq, bu xəbərləri təkzib edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.