haberL haberR
Hər iki ölkə başçısı öz əməkdaşlığından məmnun qaldığlarını dilə gətirib

İslamazeri.az-ın "AFP"-yə  istinadən verdiyi xəbərə əsasən, Ərəbistan kralı ABŞ prezidenti ilə görüşüb.

Dünən baş tutan görüş, Barak Obamanın rəsmi dəvəti ilə reallaşıb.

 İki tərəf görüş zamanı dünyada və bölgədə baş verən hadisələri, xüsusən Suriya və Yəmən böhranlarını, İranın nüvə müzakirələrini və İŞİD mövzusunu müzakirə ediblər.

Məlik Salman görüşdə Ərəbistanın bölgədə sabitliyin qorunması üçün ABŞ-la əməkdaşlığın davam edəcəyini bildirib.

Obama da, Ərəbistanla əməkdaşlığa, xüsusən İŞİD və terrorla mübarizədə davam edəcəklərini dilə gətirib.

Qeyd edək ki, bu ifadələr elə bir zamanda bildirilir ki, hər iki tərəf İŞİD-ə dəstək verməkdə ittiham edilirlər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.