haberL haberR

Kral Salman oğlunu Müdafiə Naziri təyin edəcək?

Kateqoriya: Siyasət Yayımlama tarixi: 27.01.2015 15:32:13

Bu barədə ərəb mediası yazıb

İslamazeri.az-ın “Mehr” agentliyinə istinadən verdiyi xəbərə görə, ərəb mediası Kral Abdullahın ölümündən sonra Səud əl-Faysalın Müdafiə Nazirliyindən kənarlaşdırılacağını yazıb.

1975-ci ildən bu günədək Səudiyyə Ərəbistanının Müdafiə Naziri olaraq fəaliyyət göstərən Səud əl-Faysalın bu vəzifədən kənarlaşdırılacağı açıqlanıb.
Səud əl-Faysalın yerinə yeni Səudiyyə kralı Salman ibn Əbdüləzizin oğlu Sultan ibn Salmanın keçəcəyi güman edilir.

Kral Abdullahın ölümündən sonra illərdir dəyişməz qalan Səudiyyə hökuməti böyük dəyişikliklər yaşadı və  Abdullahın qohumları olan Əl-Şəmmari ailəsinin yerinə Salman ibn Əbdüləzizə yaxın olan Əl-Sudairi ailəsi idarə etməni əlinə almağa başladı.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.