haberL haberR

Kral Salman zəhərləndi; Səudiyyədə çevriliş ehtimalları artır

Kateqoriya: Dünya Yayımlama tarixi: 12.10.2015 15:31:32

"DebkaFile" kral Salmanın sui-qəsdə məruz qaldığını iddia edib

İslamazeri.az-ın "ABNA"ya istinadən verdiyi məlumata görə, İsrail kəşfiyyatına yaxınlığı ilə tanınan "DebkaFile" Səudiyyənin 76 yaşlı kralı Salman ibn Əbdüləzizin zəhərlənərək sui-qəsdə məruz qaldığını iddia edib. Kral Salmanın Riyadda bir xəstəxanada intensiv müalicə aldığını bildirən "DebkaFile" bu hadisənin sülalə tərəfindən həyata keçirilən bir çevriliş cəhdi olduğunu yazıb.

2015-ci ilin mart ayında Ərəb Birliyinin Misirin Şarm əl-Şeyx şəhərindəki  iclasında iştirak edən Səudiyyə kralı məclisin ikinci günündə tədbiri dövlət çevrilişi cəhdinə görə tez-tələsik tərk edib Səudiyyə Ərəbistanına qayıtdığı deyilirdi.

Ötən günlərdə "The Washington Post" da verdiyi xəbərdə kral Salman ibn Əbdüləzizin nəvələrindən birinin sülalə üzvlərinə məktub yazaraq ölkənin yaxşı idarə edilmədiyini və sülalə üzvlərini yeni addımlar atmağa çağırdığını qeyd etmişdi. 

Məktub barədə xəbər hazırlayan "Russia Today" isə məsələ ilə bağlı "Kral Salman ibn Əbdüləzizin nəvəsinin yazdığı məktub kralın ailə üzvləri arasında əldən-ələ gəzir" şərhini vermişdi.

"The Guardian"a danışan Səudiyyə şahzadəsi "Bu ayın əvvəllərində kralın vəzifəsini tərk etməsi üçün ailəyə iki məktub yazdığını, kral Salmanın yaxşı bir rəhbər olmadığını" demişdi.

Şahzadə "The Guardian"a verdiyi açıqlamada sülalənin hərəkətə keçdiyini bildirərək "Əmilərim qardaşı oğulları ilə daim planlar qurur. Sülalənin ikinci nəsli təşvişdədir", - deyə bildirmişdi.

Kral Salmanın oğlu Məhəmməd ibn Salman böyük səlahiyyətlər verməsi, Yəmən təcavüzü kimi hadisələrin xanədan içərisində çəkişmələr yaratdığı iddia edilir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.