haberL haberR

Kral Salmanın səhhəti ağırlaşıb, xəstəxanaya köçürülüb - İddia

Kateqoriya: Dünya Yayımlama tarixi: 06.10.2015 14:40:37

Kral Salmanın "Kral Feysəl" xəstəxanasına yerləşdirildiyi yayılıb
İslamazeri.az-ın "Fars" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, xəbəri Yəmən mətbuatı yayıb. 
 
Yayılan xəbərə görə, Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdüləzizin səhhəti ağırlaşıb və paytaxt Riyadda yerləşən "Kral Feysəl" xəstəxanasına aparılıb və dünən axşam saatlarında reanimasiyaya yerləşdirilib. Səudiyyə Ərəbistanı hadisə barədə xəbər yaymayıb. 
 
Xatırladaq ki, kral Abdullah bin Əbdüləziz öldükdən sonra sələfi 80 yaşlı Salman ibn Əbdüləziz hakimiyyətin başına gələrkən onun Altsaymer xəstəliyindən əziyyət çəkdiyi mətbuatda yayılmışdı.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.