haberL haberR

Kredit borcu olan əsgər atası özünü asdı

Kateqoriya: Kriminal Yayımlama tarixi: 07.03.2015 11:52:08

Banklara borcu olan Sabirabad sakini özünü asıb

İslamazeri.az virtualaz.org-a istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib.

39 yaşlı Sabirabad şəhər sakini Həsənov Cəbrayıl Sərəstan oğlu Surra kəndində, Kür çayının üstündəki körpüdə özünü asıb.

Mərhumun üzərinə baxış zamanı ailə üzvlərinə ünvanladığı məktub tapılıb.

C.Həsənov məktubunda maddi imkansızlıqdan atasına layiqli övlad ola bilmədiyi üçün əzab çəkdiyini, banklara olan borcunu ödəmədiyindən çıxış yolunu intihar etməkdə gördüyünü yazıb.

O, yaxınlarına vəsiyyət də yazıb və xərc çəkib ona yas məclisi qurulmamasını istəyib.

Qeyd edək ki, ailəli olan C.Həsənovun üç uşağı var. Onun böyük oğlu hazırda hərbi xidmətdədir.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.