haberL haberR

Kremldən İŞİD-ə cavab: İŞİD-in “quyruğu qapı arasında qalıb” (Təfərrüat)

Kateqoriya: Dünya Yayımlama tarixi: 02.08.2016 10:24:57

Bu cür təhdidlər Rusiyanın müntəzəm siyasətinə, prezident Putinin beynəlxalq terrorizmlə mübarizə siyasətinə heç cür təsir etmək gücündə deyil.

İslamazeri.az-ın RİA-ya istinadən verdiyi xəbərə əsasən, Kreml İŞİD terror qruplaşmasının Rusiyanın ünvanına səsləndirdiyi təhdidlərin əhəmiyyətini şişirtməməyə çağırıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun fikrinə əsasən, bu cür çıxışlar “quyruqları qapı arasında qalmış” insanlar üçün tamamilə uyğundur.

Hər şey nədən başladı?
Bazar günü İŞİD terrorçuları sosial şəbəkələrdə Rusiyanın ünvanına təhdid dolu videogörüntü paylaşıblar. Terrorçular xüsusilə, “öz qardaşlarını” Moskvada cihad elan etməyə səsləyiblər.
Görüntünün düzgünlüyü hələ təsdiqlənməyib. Videoyazı ilk olaraq “Telegram”-da peyda olub.
Xatırladaq ki, adıçəkilən proqram uzun zamandır ki, terrorçuların sevimlisinə çevrilib.
Moskvanın reaksiyası
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, bu cür videoları şişirtməyə dəyməz:
“Sözsüz ki, terror qruplaşmaları, onlarla mübarizənin nə cür aparılmasından, onların nə cür “quyruqularının sıxılmasından asılı” olaraq, bu cür qorxutma taktikasından istifadə edirlər. Bu normal praktikadır (həyati təcrübədir). Buna şişirdilmiş şəkildə yanaşmaq lazım deyil. Lakin bununla yanaşı ehtiyat tədbirləri də görmək lazımdır.”, – deyə Peskov jurnalistlərə bildirərək qeyd edib ki, terrorçuların təhdidləri barədə prezidentə də xəbər verilib.

Kreml təmsilçisi qeyd edib ki, radikalların videoçarxları Moskvanın siyasi xəttinə təsir etməyəcək:

“Bu cür təhdidlər Rusiyanın müntəzəm siyasətinə, prezident Putinin beynəlxalq terrorizmlə mübarizə siyasətinə heç cür təsir etmək gücündə deyil. Və bu siyasət də, sözsüz ki, hər istiqamətdə davam etdiriləcək (edəcək).”, – deyə Peskov qeyd edib.

Təhdid müəlliflərinin taleyi
İŞİD-in bu videoçarxları rəsmi Moskvanı ilk qorxutmaq cəhdi deyil. Daha əvvəl bənzər təhdidlərlə İŞİD-in “müdafiə naziri” Tərxan Batiraşvili (Daha çox Əbu Ömər əş-Şişani kimi tanınırdı) çıxış edirdi. O zaman Batiraşvili Rusiyanı “ölkəyə (İŞİD-ə. red) soxulma” ilə təhdid etmişdi.
Batiraşvilinin təhdidləri elə internet üzərində də qaldı. O, cari ilin mart ayında İraqda öldürülüb.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.