haberL haberR

Külli miqdarda qanunsuz dərman keçirdi, yaxalandı

Kateqoriya: Kriminal Yayımlama tarixi: 30.10.2014 12:26:42

Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda dərman preparatları aşkar edilib.


İslamazeri.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Malayziyanın Kuala Lumpur şəhərindən Özbəkistan Respublikasının Daşkənd şəhərinə, oradan isə qaçaqmalçılıq yolu ilə satış məqsədi üçün külli miqdarda dərman preparatlarının Bakı şəhərinə gətirilməsi haqqında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə əməliyyat məlumatı daxil olub.

Keçirilmiş əməliyyat tədbiri nəticəsində HY 757 saylı Daşkənd-Bakı aviareysi ilə gələn Rusiya Federasiyası vətəndaşı Qazimaqomedov Maqomed Şaqroramazanoviç gömrük nəzarətindən keçdikdən sonra gömrük zonasını tərk etmək istəyərkən saxlanılmış və gömrük bəyannaməsinin bəndləri üzrə şifahi sorğu-sual edilərkən, baqajında və əl yükündə mütləq bəyan olunası malların olmadığını bildirib.

Bundan sonra müvafiq qanunvericiliyə uyğun olaraq M.Ş.Qazimaqomedova məxsus baqaja və əl yüklərinə baxış həyata keçirilib, ona məxsus çamadandan və əl çantalarından cəmi 2496 kapsul 450 mg-lıq “Phyto Andro for Him” adlı dərman preparatları aşkar olunaraq hal şahidlərinin iştirakı ilə protokol əsasında götürülüb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.