haberL haberR

Kürd dəstələri Həsəkədə Suriya Ordusuna qarşı hücuma keçiblər

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 23.08.2016 10:50:29

Hücum bazar ertəsi günü yerli vaxtla gecə yarısından sonra yerli hökumət orqanları binaları yaxınlığında başlayıb.

İslamazeri.az-ın "Reuters" agentliyinə istinadən verdiyi xəbərə əsasən, YPG və digər mənbələrə istinadən bildirilir ki, kürd YPG dəstələri Suriyanın şimal-şərqində yerləşən Həsəkədə yenidən hökumət tabeliyindəki birliklərə (Suriya Ordusuna) qarşı hücuma başlayıblar.

 
Hücumdan öncə kürdlər iqtidaryönlü qüvvələri təslim olmağa səsləyiblər.
 
Agentliyin məlumatına əsasən, hücum bazar ertəsi günü yerli vaxtla gecə yarısından sonra yerli hökumət orqanları binaları yaxınlığında başlayıb.
 
AFP bildirirdi ki, Suriyada iqtidaryönlü birliklər və kürd dəstələri Rusiyanın vasitəçiliyi ilə atəşkəs və bütün tutulmuş nöqtələrin rəsmi Dəməşqin nəzarəti altına geri qaytarılması haqqında razılaşıblar. Barışıq çərşənbə günündən başlamalı idi.
 
Daha əvvəl bildirilirdi ki, Suriya HHQ-in təyyarələri Həsəkədə kürdlərin mövqelərinə hücum ediblər. Bu hava hücumu 5 il ərzində bir ilk olub. "Kürd Demokratik İttifaq Partiyası"nın təmsilçisi İbrahim İbrahim "Sputnik" agentliyinə bildirib ki, hücumlar yerli əhali arasında itkilərə səbəb olub.
 
Suriya hökumət qüvvələrinin komandanlığı bu hərəkətləri Həsəkə şəhərinin kürdlər tərəfindən tutulması cəhdinə cavab adlandırıb.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.