haberL haberR

Kürd siyasətçi: Türkiyə Hələbi ələ keçirmək istəyir (Təfərrüat)

Kateqoriya: Dünya Yayımlama tarixi: 25.08.2016 20:41:02

“Suriyanın Demokratik Şurası” partiyası Türkiyənin Suriya siyasətini tənqid edib: Onlar "Nurəddin Zənki" qruplaşmasına dəstək verirlər

İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə əsasən, kürdlərin “Suriyanın Demokratik Şurası” (SDŞ) partiyasında hesab edirlər ki, Türkiyə Hələbi ələ keçirmək istəyir ki, gələcəkdəki siyasi danışıqlarda ondan istifadə etsin.

Xatırladaq ki, Türkiyə ordusu ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya təyyarələrinin dəstəyi ilə çərşənbə günü Suriyanın şimalında yerləşən Carablus şəhərinin İŞİD terror təşkilatından azad edilməsi üzrə hərbi əməliyyata başlayıb, hər Azad Suriya Ordusunun (ASO) nəzarəti altına keçib.

“Türkiyəyə müttəfiq qüvvələri cənubdan və cənub-qərbdən Hələbə hücum edirlər", - müxalif “Suriya Demokratik Şurası” (SDŞ) partiyasının üzvü, kürd siyasətçi Reyzan Hedu RİA Novosti-yə bildirib.

"Artıq Türkiyə qüvvələri şimal tərəfdən daxil olublar, və əlbəttə, əl-Bab-a çatmayana qədərə dayanmayacaqlar. Beləliklə, Hələb onların məngənəsi  altında olacaq. Türkiyə Hələbdəki hədəfinə sahibləndikdən sonra, danışıqları aqressiv şəkildə aparacaq.”, o əlavə edib.

Kürd siyasətçi Türkiyənin Carablusdakı hərbi əməliyyatını tənqid edib. “Tendensiya mənfidir”, - o bildirib və qeyd edib ki, “Nurəddin əz-Zənki” və ya “Sultan Murad” kimi qruplaşmaların cəlb edilməsi “İŞİD terrorçularının digərləri ilə əvəz edilməsidir”.

Hedunun sözlərinə görə, əgər Türkiyə həqiqətən terrorizmlə mübarizə aparmaq istəsə idi və geosiyasi məqsədlər güdməsə idi, o zaman o öz hərəkətlərini quruda terror qruplaşmalarına müqavimət göstərən qüvvələr ilə uzlaşdırardı.

“Türkiyə istəsə idi koordinasiyanı dolayısıilə heç bir çətinlik olmada Rusiyanın vasitəçiliyi ilə apara bilərdi.”, - o əlavə edib.

SDŞ təmsilçisi hesab edir ki, kürdlər Suriya böhranını həll edən iştirakçı-ölkələrin razılaşmasının qurbanına çevriliblər.

Daha sonra kürd siyasətçi deyib: “Kürd qüvvələri beynəlxalq razılıqların əsirinə çevriliblər. – deyə Hedu bildirərək qeyd edib ki, bu məsələ özündə rusların, amerikalıların, türklərin və digərlərinin razılaşmasını ehtiva edir.  O əlavə edib ki “Kürd silahlı dəstələri terrorizmlə mübarizədə ciddi qüvvədir, lakin onlar bütün həmən böyük dövlətlərə müqavimət göstərə biləcək qədər qüdrətli deyillər”.

Xatırladaq ki, daha əvvəl Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu bildirib ki, Suriya kürdlərinin özünü müdafiə qüvvələri Fəratdan qərbdə yerləşən əraziləri tərk etməlidirlər. Türkiyədə görüşlə olan ABŞ vitse prezidenti Cozef Bayden qeyd edib ki, əgər Suriya kürdləri Ankaranın tələbinə tabe olmasalar, ABŞ onlar dəstəkdən məhrum edəcək.

Qeyd edək ki, "Nurəddin Zənki" qruplaşması bir müddət əvvəl 12 yaşlı uşağın başını kəsərək video paylaşmışdı.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.