haberL haberR

Kürdəmirdə zəncirvari yol qəzası

Kateqoriya: Hadisə Yayımlama tarixi: 19.03.2015 17:52:10

Kürdəmir rayonunda ağır yol qəzası baş verib

İslamazeri.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, hadisə Kürdəmir rayonu, Bakı-Qazax yolunun 195-ci kilometrliyində qeydə alınıb.

 

Sahibləri  məlum olmayan “Mercedes-VİTA” markalı mikroavtobusla, “Mercedes” və “VAZ” markalı minik avtomobillərinin toqquşması nəticəsində "VAZ" markalı minik avtomobilində olan 4 nəfər müxtəlif bədən xəsarətləri alıb, 1 nəfər sərnişin isə aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasının dəyişib. Xəsarət alanlar yanğınsöndürən-xilasedicilərin köməkliyi ilə təcili yardıma təhvil verilib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.