haberL haberR

Kürdlər İraqın şimalında İŞİD-in iki hücumunu dəf edib

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 27.05.2016 18:22:42

“Kürdistan vətənpərvər ittifaqı” patiyasının media mərkəzindən bildiriblər ki, kürd peşmərgələri İraqın şimalında, İŞİD terror təşkilatı yaraqlılarının iki hücumunu dəf ediblər.

İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə görə, siyasi-büronun Mahmurdakı nümayəndəsi Rəşad Qalalı bildirib ki, İŞİD terror qrupları Znanuir kəndindən, Mahmurdan qərbdə yerləşən təhlükəsizlik qüvvələrinə hücuma başlayıblar.

Mahmur şəhəri İraqın şimalında, Ərbil vilayətində, Ərbil şəhərindən 55 kilometr cənub-şərqdə və İŞİD “sərhədlərinin” yaxınlığında yerləşir. Rəşad Qalalının sözlərinə görə, peşmərqə qüvvələri  çoxlu sayda terrorçunu öldürüblər və yaralayıblar, həmçinin partlayıcı quraşdırılmış iki avtomobili də məhv ediblər.

Eyni zamanda kürd peşmərqələri Neynəva əyalətində yerləşən Bəşik dağının yaxınlığında da İŞİD terror təşkilatının hücumuna məruz qalıblar.

Partiyanın siyasi-bürosunun Neynəva əyalətindəki mətbuat-katibi Reyaz Surçi bildirib ki, İŞİD terror qrupları Bəşik dağının ətrafındakı peşmərgə qüvvələrinin sığınacaqlarına hücuma başlayıblar. Kürd döyüşçüləri 2 terrorçunu məhv etməyə və 3-ünü də yaralılamağa müvəffəq olublar.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.